Tez-tez verilən suallar
Tez-tez verilən suallar
19. Kartlı ödəmələrdə üstünlüklər varmı?
• VİSA Kart sahiblərinə ödəmə zamanı 10% endirim tətbiq olunur.
18. Hissəli ödəmə mümkündürmü?
• Bəli, TamKart taksit kart sahibləri 6 ayadək faizsiz hissəli ödəmə ilə xidmətlərimizdən istifadə edə bilərlər.
17. Başqası üçün avtomobil bron edə bilərəmmi?
• Bəli siz üçüncü çəxs üçün avtomobil bron edə bilərsiniz, lakin avtomobili təhvil almaq üçün həmin şəxs özü sənədləri ilə birlikdə şirkətə yaxınlaşmalıdır.
• Əgər üçüncü şəxs təslimata gələ bilmirsə o zaman sizə əsas sürücü kimi yol vərəqi verilir və icarə ilə əlaqədar əsas məsuliyyət sizin üzərinizə düşür, üçüncü şəxs üçün yol vərəqi təqdim olunur.
16. Ev heyvanları ilə bağlı siyasətiniz?
• İcarəçi avtomobildə ev heyvanlarını daşıyacağı barədə şirkətə öncədən məlumat verməlidir.
15. Avtomobilin icarə haqqına nələr daxil deyil?
• Avtomobilin icarə haqqına daxil deyil: avtoyuma, yanacaq, yol cərimələri, parklama.
14. Sifarişin tarixini, vaxtını dəyişə və ya ləğv edə bilərəmmi, və bunun üçün cərimə tətbiq olunurmu?
• Sifarişin tarixi/vaxtı dəyişdirilə və ya sifariş ləğv edilə bilər, bunun üçün heçbir cərimə nəzərdə tutulmur.
13. Avtomobilin təhvili nəzərdə tutulmuş zamandan gec olarsa buna cərimə hesablanırmı?
• Avtomobilin təhvil saatından 1 saat keçdikdən sonra icarəçiyə əlavə 1 gün ödənişi şəklində cərimə tətbiq olunur.
12. İcarəyə götürülmüş avtomobilin istismarında hər hansı qadağalar mövcuddurmu?
• İcarəyə götürülmüş avtomobildən ov, inşaat işləri, offroad əyləncələri, kənd təsərrüfatı işləri, ağır yük daşımaları və ya hər hansı kommersiya məqsədi ilə istifadə etmək qəti qadağandır.
11. İcarəçi icarəyə götürdüyü avtomobil ilə yol qəza hadisəsinə qarışdığı haqda şirkətə zamanında məlumat verməzsə nəticəsi nə ola bilər?
• Əgər icarəçi icarəyə götürdüyü avtomobil ilə yol qəza hadisəsinə qarışdığı haqda şirkətə gec məlumat verər və ya heç məlumat verməzsə, icarəçi avtomobilin təmir xərclərini və servisdə olduğu müddət ərzində günlük icarə haqqının 1/2 hissəsini şirkətə ödəməlidir.
10. İcarəçi icarəyə götürdüyü avtomobil ilə yol qəza hadisəsinə qarışarsa nə etməli?
• İcarəçi icarəyə götürdüyü nəqliyyat vasitəsi ilə yol qəza hadisəsinə qarışarsa hadisə yerindən ayrılmadan şirkətə məlumat verməlidir ki, sığorta xərcləri qarşılasın. Bu zaman şirkət əməkdaşları qəzanı aktlaşdırmağa yardım edəcək, lazım gələrsə icarəçini eyni sinifdən başqa avtomobil ilə təmin edəcəkdir.
9. Bir avtomobilə maksimum neçə yol vərəqi şamil oluna bilər?
• Şirkət bir avtomobilə 4 fərqli sürücü üçün yol vərəqi təqdim edə bilər.
8. İcarəçi şirkətin təqdim etdiyi yol vərəqini itirərsə hansı məsuliyyətə cəlb olunur?
• Əgər icarəçi avtomobili sərbəst idarə etmək üçün şirkət tərəfindən ona təqdim olunmuş “Yol vərəqini” itirərsə bunun üçün şirkət tərəfindən heçbir cəza tətbiqi nəzərdə tutulmayıb. Lakin müvafiq sənəd olmadan avtomobilin idarəsi qanunla qadağan olduğuna görə sürücüyə Yol Polisi tərəfindən cəza tətbiq oluna bilər.
7. İcarəyə götürülmüş nəqliyyat vasitəsinin sənədləri itər və ya zərər görərsə icarəçi hər hansı maddi məsuliyyətə cəlb oluna bilərmi?
• Müqaviləyə əsasən, əgər icarəçi avtomobilin qeydiyyat şəhadətnaməsinin əslini itirərsə 500 USD, təsdiqlənmiş nümunəsini itirərsə 100 USD məbləğində cərimə olunacaqdır.
6. Depozitsiz avtomobil kiralamnın şərtlərini qeyd edə bilərsinizmi?
• Deposite free – Avtomobilin sinfinə görə hər icarə günü üçün 8-10 AZN ödəniş edərək depozitsiz avtomobil kiralamaq mümkündür.
• İcarə müddəti ərzində acrəyə götürülmüş avtomobil hər hansı yol qəza hadisəsinə qarışarsa icarəçi sığorta qaydlarına əməl etmək şərti ilə kasko xidmətindən istifadə edə bilər.
5. Depozitsiz avtomobil icarəsi mümkündürmü?
• Azərbaycan vətəndaşları üçün depositsiz avtomobil icarəsi mümkündür. İcarəyə götürmə zamanı icarəçi ona təqdim olunan müqaviləni imzalamaqla şirkətin qiymət, cəza və cərimə politikasını və hər hansı inzibati, yol və ya digər qayda pozuntularına Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun cəzalandırıla biləcəyini qəbul edir.
• Xarici vətəndaşlar mütləq şəkildə depozit ödəmək məcburiyyətindədirlər.
4. Depozit məbləği nə zaman qaytarılır?
• Avtomobil qaytarılan gündən 10 gün ərzində depozit məbləği geri qaytarılır.
3. Depozit məbləği necə təyin olunur?
• Depozitin məbləği avtomobilin sinfinə görə müəyyən edilir.
2. Depozit nə üçündür?
• Avtomobilin icarə müddəti ərzində baş verə biləcək qəza, zədə və ya cərimələrin qarşılnması məqsədi ilə maliyyə təminatını təmin etmək üçün depozit tələb olunur.
• İcarəçi avtomobili şərtlərə uyğun təhvil verərsə depozit məbləğinin tamamı icarəçiyə geri qaytarılır
1. Avtomobil icarəyə götürmək üçün lazım olan sənədlər və önəmli şərtləri qeyd ede bilərsinizmi?
• Azərbaycan vətəndaşları üçün – Şəxsiyyət vəsiqəsi (yaş həddi 19+) və sürücülük vəsiqəsi (sürücünün ən az 1 il təcrübəsi, sənədin minimum 1 il istifadə müddəti olmalıdır)
• Xarici vətəndaşlar üçün – Xarici passportun surəti (ölkəyə daxil olma möhürü olan səhifə və məlumat səhifəsi) və sürücülük vəsiqəsi beynəlxalq olmalıdır (sürücünün ən az 1 il təcrübəsi, sənədin minimum 1 il istifadə müddəti olmalıdır).
• Xarici vətəndaşlar xarici sürücülük vəsiqəsi ilə yalnız 1 ay müddətinə avtomobili kiralaya bilərlər. Üzünmüddətli icarə üçün Asan xidmətə müraciət edərək Azərbaycan Respublikasının müvəqqəti sürücülük vəsiqəsini almalıdırlar.