Yüklənir......

Hər səfər üçün hərəkət azadlığı

Gündəlik sürüşlərdən unudulmaz macəralaradək — sizin üçün mükəmməl avtomobil var.

Üstünlüklərimiz

150+ ölkə

HERTZ şirkəti 150-dən çox ölkədə təqdim olunur

10 000+ satış nöqtəsi

Dünya üzrə 10 000+ satış nöqtəsi

Yüksək keyfiyyətli xidmət

Fəaliyyətimizin təməl prinsipləri yüksək keyfiyyətli xidmət və müştəriyə fərdi yanaşmadır.

24/7 dəstək xidməti

24/7 fəaliyyət göstərən dəstək xidməti sayəsində istənilən vaxt sizi maraqlandıran suallara cavab, habelə lazımi kömək ala bilərsiniz

Geniş avtomobil seçimi

Bizim parkımızda siz fərdi istəyinizə uyğun avtomobil tapacaqsınız

Tez-tez verilən suallar

Avtomobil icarəyə götürmək üçün lazım olan sənədlər və önəmli şərtləri qeyd ede bilərsinizmi?
• Azərbaycan vətəndaşları üçün – Şəxsiyyət vəsiqəsi (yaş həddi 19+) və sürücülük vəsiqəsi (sürücünün ən az 1 il təcrübəsi, sənədin minimum 1 il istifadə müddəti olmalıdır) • Xarici vətəndaşlar üçün – Xarici passportun surəti (ölkəyə daxil olma möhürü olan səhifə və məlumat səhifəsi) və sürücülük vəsiqəsi beynəlxalq olmalıdır (sürücünün ən az 1 il təcrübəsi, sənədin minimum 1 il istifadə müddəti olmalıdır). • Xarici vətəndaşlar xarici sürücülük vəsiqəsi ilə yalnız 1 ay müddətinə avtomobili kiralaya bilərlər. Üzünmüddətli icarə üçün Asan xidmətə müraciət edərək Azərbaycan Respublikasının müvəqqəti sürücülük vəsiqəsini almalıdırlar.
İcarəyə götürülmüş nəqliyyat vasitəsinin sənədləri itər və ya zərər görərsə icarəçi hər hansı maddi məsuliyyətə cəlb oluna bilərmi?
• Müqaviləyə əsasən, əgər icarəçi avtomobilin qeydiyyat şəhadətnaməsinin əslini itirərsə 500 USD, təsdiqlənmiş nümunəsini itirərsə 100 USD məbləğində cərimə olunacaqdır.
İcarəçi şirkətin təqdim etdiyi yol vərəqini itirərsə hansı məsuliyyətə cəlb olunur?
• Əgər icarəçi avtomobili sərbəst idarə etmək üçün şirkət tərəfindən ona təqdim olunmuş “Yol vərəqini” itirərsə bunun üçün şirkət tərəfindən heçbir cəza tətbiqi nəzərdə tutulmayıb. Lakin müvafiq sənəd olmadan avtomobilin idarəsi qanunla qadağan olduğuna görə sürücüyə Yol Polisi tərəfindən cəza tətbiq oluna bilər.

Tərəfdaşlar

Mobil tətbiqimizi yükləyin və növbəti səfərinizi asanlıqla rezerv edin.